Xankəndi şəhərində yaşayan ermənilər sosial şəbəkələrdə "acından öldüklərini" yemək masasının videosu ilə nümayiş etdiriblər.
Bizim.Media xəbər verir ki, görüntülərdə masanın üzərində bütün naz-nemətlərin olduğu aydın görünür.
Belə çıxır ki, onların yalançı "blokada" təbliğatı" yalnız dünya ictimayyətindən kömək ummalarından başqa bir şey deyil.
Burada paradoksal bir vəziyyət yaranır: un yoxdur, amma tort bişirirlər, ət yoxdur, kabab hazırlayırlar, meyvə yoxdur, tortun üzərinə çiyələk düzürlər.
Belə "aclıq" bəşər tarixində nadir rast gəlinən hadisələrdən biridir.
Bizim.Media