Nüşabənin qızının toyunda Aygün Kazımova COŞQUSU - VİDEO

Nüşabənin qızının toyunda Aygün Kazımova COŞQUSU - VİDEO

Hazırda oxunan: Nüşabənin qızının toyunda Aygün Kazımova COŞQUSU - VİDEO

144131

Xəbər verdiyimiz kimi, ötən axşam paytaxtın lüks restoranların birində müğənni Nüşabə Musayevanın qızı Elnarənin türk vətəndaşı Oğuzhan Kaya adlı bəylə dəmdəskahlı toyu baş tutub.

Bizim.Media xəbər verir ki, bir sıra məşhurların yer aldığı məclisin özəl qonağı Xalq artisti Aygün Kazımova olub.

Toyun aparıcılığını edən Afaq Gəncəli səhnəyə pop divanı dəvət edib. Aygün səhnəyə çıxar-çıxmaz bütün qonaqlar ona sarı gəlib. Nüşabə Kazımovanı qarşılayıb və öpüşlərə qərq edib. Aygün isə həmkarına qarşılıq verib və onu qucaqlayıb. 
Daha sonra Elnarə və Oğuzhan səhnəyə çıxaraq pop diva ilə sevilən hitlərini birlikdə ifa ediblər. 

Aygün Kazımovanın coşqu dolu rəngarəng çıxışı gecəyə damğasını vurub. 

Həmin anlar isə qonaqlar tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, aylar əvvəl Aygün Kazımova özəl qonaq qismində müğənni Xatun Əliyevanın oğlu Adilin və rəqqasə Fatimə Fətimənin doğum günündə çıxış etmişdi. 
 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO