Fransada 17 yaşlı gəncin güllələnmə anı ilə bağlı ŞAHİD danışdı

Fransada 17 yaşlı gəncin güllələnmə anı ilə bağlı ŞAHİD danışdı

Hazırda oxunan: Fransada 17 yaşlı gəncin güllələnmə anı ilə bağlı ŞAHİD danışdı

144097

Fransa mətbuatı iyunun 27-də polisin 17 yaşlı gənci qətlə yetirməsi  hadisəsinin audio yazısını ortaya çıxarıb. Müxtəlif sosial media platformalarında hadisəni izah edən avtomobildə olan sərnişinin videosu yayılıb.

Bizim.Media xəbər verir ki, Fransanın BFMTV kanalı sözügedən videonun düzgünlüyünün təsdiqləndiyini bildirib və adı açıqlanmayan sərnişinin səs yazısı da daxil olmaqla video xəbəri təqdim edib.

Səs yazısında sərnişin "dostum Naelin ölümü ilə bağlı sosial media şəbəkələrində o qədər yanlışlar gedir ki, həqiqəti üzə çıxarmaq üçün bu videonu çəkmək istədim. A-dan Z-yə hekayəni danışacağam" deyib. 
Sərnişin bildirib ki, iyunun 27-də yerli vaxtla saat 08:00 radələrində 2 dostu ilə görüşüb və borc götürdükləri avtomobillə Nanterreyə gəzintiyə çıxıb.

Alkoqol və narkotik vasitələrdən istifadə etmədiklərini bildirən sərnişin avtobus yolunda maşın sürərkən motosikletdə 2 polisin onları izlədiyini görüblər. Sərnişin izah edib ki, məmurlar sireni işə salıb, daha sonra Naelin maşını dayanıb.

Polislərdən birinin Naelə maşının pəncərəsini açmasını dediyini və dostunun bu əmrə əməl etdiyini izah edən sərnişin Naelə “motoru saxla, yoxsa səni vuraram” deyib. 

Sərnişin bildirib ki, polislər Naeli silahlarının qundağı ilə vurublar.

"Hərəkət etmə, yoxsa sənin başına güllə basaram", - deyə polislərdən biri silahı Naelin başına doğru tutaraq, "Sakit ol, yoxsa sənin başına güllə vuraram" deyib. Sərnişinin sözlərinə görə digər polisin həmkarına “onu vur” dediyini eşidib. 

Sərnişin izah edib ki, polisdən silahın sapı ilə aldığı üçüncü zərbə ilə Naelin ayağı əyləc pedalından çıxarılıb və avtomobil hərəkətə keçib.

Sərnişin Naelin öldüyünü gördüm, titrədi. Qorxduğum üçün maşından düşüb qaçdım”, -deyə ifadəsini verib. Hadisənin şahidi polisin onu da vura biləcəyini düşünərək qaçdığını bildirib.
Sərnişin “Polislərin gözümün qabağında dostuma etdikləri məni şoka saldı” deyib. dedi.
Xəbərdə hadisə günü çəkilmiş həvəskar kamera qeydləri, hadisədən sonra mətbuatın çəkdiyi görüntülər və hadisə baş verən gün gənc sürücünün izlədiyi marşrutu göstərən xəritə yer alıb.
Fransa mətbuatı xəbər verib ki, sözügedən şahid iyulun 3-də polisə ifadə verəcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO