Meksikada anormal istidən ölənlərin sayı 112-yə ÇATIB

Meksikada anormal istidən ölənlərin sayı 112-yə ÇATIB

Hazırda oxunan: Meksikada anormal istidən ölənlərin sayı 112-yə ÇATIB

143852

Meksikada son həftələrdə yüksək temperatur səbəbindən həyatını itirənlərin sayı 112-yə yüksəlib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, xüsusilə ölkənin şimal-qərb və cənub-şərqində rekord temperaturlara görə can itkisi sürətlə artır.

Ən çox itki verən ştatlardan biri - Nuevo Leonda 64, Tamaulipasda 19, Verakruzda 15 və Tabaskoda 14 nəfər həlak olub.

Səhiyyə Nazirliyinin açıqlamasında ölənlərin yaş həddi 45-64 aralığında,  112 nəfərdən 104-nün gün vurması nəticəsində dünyasını dəyişdiyi bildirilib.

Milli Meteorologiya Xidməti (SMN) iyunun 20-də verdiyi açıqlamada ölkə miqyasında isti dalğasının daha 10-15 gün davam edəcəyini açıqlayıb və xroniki xəstələrin məcburi olmadıqca müəyyən saatlarda çölə çıxmamasını tövsiyə edib.
Temperaturun 40 dərəcəni keçdiyi Meksikada son illərin ən acınacaqlı günlərinin yaşandığı deyilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO