Cəlilabadda sərxoş sürücü digər sürücünü DÖYÜB

Cəlilabadda sərxoş sürücü digər sürücünü DÖYÜB

Hazırda oxunan: Cəlilabadda sərxoş sürücü digər sürücünü DÖYÜB

143811

Cəlilabad rayonunda yük avtomobilinin sürücüsü traktor sürücüsü tərəfindən döyülüb.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Novruzallı kəndində qeydə alınıb.  

Rayonun Adnalı kənd sakini, Azad Nuriyev idarəetdiyi yük maşınını yol kənarında saxlayaraq, mağazaya su almağa gedib. Bu zaman arxadan gələn traktoru idarə edən sürücü idarəetməni itirib və yolun kənarına çıxıb.

Traktorun sürücüsü içkili vəziyyətdə Azad Nuriyevə yaxınlaşıb və ona xəsarət yetirib. A.Nuriyev alın hissəsindən xəsarət alıb. Daha sonra traktorun sürücüsü hadisə yerindən qaçıb.  

A.Nuriyev hadisə ilə bağlı polisə müraciət edib. Hazırda traktorun sürücüsünün tapılıb, saxlanılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.  

Faktla bağlı araşdırma aparılır.  

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO