Məşhur Xınalıq məktəblisi İngiltərəyə GEDİR - FOTO

Məşhur Xınalıq məktəblisi İngiltərəyə GEDİR - FOTO

Hazırda oxunan: Məşhur Xınalıq məktəblisi İngiltərəyə GEDİR - FOTO

143757

Bir müddət əvvəl yaşadığı kənddə polşalı turist Kamil Cichocki ilə ingilis dilində səlis danışığı ilə gündəmi zəbt edən məktəbli İbrahim Zeynalov İngiltərəyə yollanacaq.

Bizim.Media-nın şimal bürosu xəbər verir ki, Qubanın Rüfət Kəlbiyev adına Xınalıq internat tipli tam orta məktəbinin 6-cı sinfini bitirmiş İbrahim Zeynalov MÜSİAD Azərbaycan təşkilatının dəstəyi ilə İngiltərədə iki həftəlik yay məktəbində olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Bir gündə məşhurlaşan Xınalıqlı İbrahim ermənilərə SƏSLƏNDİ - VİDEO


Atası Bəhmən Zeynalov açıqlamasında bildirib ki, İbrahimgilin dəstəsi iyulun 4-də yola düşəcək. Atası hazırda İbrahimin səfəri üçün hazırlıq işlərinin aparıldığını deyib.

Xatırladaq ki, İbrahim Zeynalov  gələcəkdə Türkiyədə oxumaq arzusunda olduğunu deyib və mart ayında Bakıda olarkən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tərəfindən də qəbul edilmişdi.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO