Paşinyan Ermənistan ordusunun müharibədəki itkilərinin səbəblərini AÇIQLADI 

Paşinyan Ermənistan ordusunun müharibədəki itkilərinin səbəblərini AÇIQLADI 

Hazırda oxunan: Paşinyan Ermənistan ordusunun müharibədəki itkilərinin səbəblərini AÇIQLADI 

143534

“44 günlük müharibə zamanı Ermənistan ordusunun hərəkətliliyi ən böyük problemlərdən biri idi”.  

Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclası zamanı deyib.  

Onun sözlərinə görə, ordu hissələrinin hərəkətinin hansı üsullarla, hansı tərkibdə baş verdiyi ciddi araşdırma tələb edir: 

"Ordumuzun hərəkət üsullarında problemlər var idi. Biz xeyli sayda itkilərimizi döyüş əməliyyatlarında deyil, yürüşlərdə, bir nöqtədən digərinə keçid prosesində verdik". 

Onun sözlərinə görə, mobillik, kadrların köçürülməsinin səriştəli təşkili məsələsi hələ də qızğın müzakirə mövzusudur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO