FHN Naxçıvandakı ağır qəza ilə bağlı MƏLUMAT YAYDI  

FHN Naxçıvandakı ağır qəza ilə bağlı MƏLUMAT YAYDI  

Hazırda oxunan: FHN Naxçıvandakı ağır qəza ilə bağlı MƏLUMAT YAYDI  

143357

Fövqəladə Hallar Nazirliyi Naxçıvanda baş verən yol qəzası ilə bağlı məlumat yayıb. 

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinəKəngərli rayonunun Xok kəndində yol-nəqliyyat hadisəsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvanda toydan qayıdanlar qəzaya DÜŞDÜ: Ölənlər və yaralılar var - FOTO 


Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizlik İdarəsinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Volkswagen” və “Hyundai” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdən birində 5 nəfər sıxılmış vəziyyətdə qalıb. 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə, 3 nəfərin meyiti nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin yanğınsöndürən-xilasedicilər tərəfindən hadisə yerində müvafiq yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO