Karen Şahnazarov: “İlham Əliyev ən müdrik və düzgün həll yolunu seçdi”

Karen Şahnazarov: “İlham Əliyev ən müdrik və düzgün həll yolunu seçdi”

Hazırda oxunan: Karen Şahnazarov: “İlham Əliyev ən müdrik və düzgün həll yolunu seçdi”

14332

“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı Qarabağla bağlı üçtərəfli bəyanat icra olunur. Müharibə yoxdur və artıq bu böyük bir uğurdur”

Bizim.Media xəbər verir ki, bunu “caliber.az”a müsahibəsində Rusiyanın xalq artisti Karen Şahnazarov bildirib.

Karen əlavə edib ki,“Bir çox hallarda atəşkəsin elan olunmasından sonra atışmalar və vəziyyətin gərginləşməsi baş verir. Amma burada (Ermənistan-Azərbaycan konfliktinin zonasında – red.) bunun şahidi olmuruq. Elə bir hiss var ki, hər şey uğurla gedir.

İqtisadi əməkdaşlıq hər zaman əhəmiyyətli müsbət haldır. Cənubi Qafqaz bölgəsində kommunikasiyaların açılışı da çox vacibdir.

Mən həmişə bu haqda demişəm ki, əgər Ermənistanla Azərbaycan iqtisadi sferada əməkdaşlıq etsələr ortaq dil tapacaqlar. Mövcud olmaq üçün başqa yol yoxdur. Revanş barədə arzular isə mənasız, boş məşğuliyyətdir. 

Kommunikasiyaların, Azərbaycanla Naxçıvanı birləşdirəcək koridorun açılması təkcə revanşizm düşüncəli erməniləri narahat edir ki, niyə bu dəhliz Ermənistanın yox, Rusiyanın nəzarətində olacaq. Müharibədə uduzmağı erməni xalqı xəstəlik kimi qəbul edib. Rusiya Ermənistana düşmən deyil axı?!

Güclərini toplayıb yeni müharibəyə çağırış edən ermənilərin seçmək istədiyi yol dalana dirənmək kimidir. Ancaq ermənilərin böyük əksəriyyəti bunu istəmir. 

Əməkdaşlıq üçün yeni imkanlar tapmaq lazımdır və məncə, hazırki duruma görə dəhlizlərə Rusiyanın nəzarəti ən uyğun variantdır. Zaman keçsin və Rusiyanın kontrolu ilə bağlı situasiyanı dəyişmək olar.”

Karen Şahnazarov müsahibəsinin sonunda vurğulayıb ki, 10 noyabr anlaşmasını imzalamaq Azərbaycan Prezidenti İlham Əliyevin böyük xidmətidir. “Çünki Bakının əlində çox “kart” var idi, amma bunlardan ən müdrik və düzgün olanı seçildi”, - deyə Şahnazarov açıqlamasını bitirib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO