“Qəbələ” “Sabah”dan ayrılan futbolçu ilə müqavilə imzaladı

“Qəbələ” “Sabah”dan ayrılan futbolçu ilə müqavilə imzaladı

Hazırda oxunan: “Qəbələ” “Sabah”dan ayrılan futbolçu ilə müqavilə imzaladı

143238

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. 

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Zurab Oçiqavanın keçidini rəsmiləşdirib. 

28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Ukraynalı legionerin son klubu “Sabah” olub.

Oçiqava Azərbaycan Premyer Liqasının son üç mövsümündə 34 matçda 2 qol vurub. 

Xatırladaq ki, “Qəbələ” daha öncə “Kəpəz”dən ayrılan Ahmed Ayzayanı da heyətinə qatıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO