Bayram günlərində rayon marşrutlarında XAOS YAŞANACAQ? – AÇIQLAMA   

Bayram günlərində rayon marşrutlarında XAOS YAŞANACAQ? – AÇIQLAMA   

Hazırda oxunan: Bayram günlərində rayon marşrutlarında XAOS YAŞANACAQ? – AÇIQLAMA   

142987

Qurban bayramında 4 gün qeyri-iş günü olması ilə əlaqədar bir çox insanlar bölgələrə üz tutmağı planlaşdırırlar. Buna görə də rayon maşurutlarına indidən bilet alırlar. 

Fürsəti dəyərləndirən taksi şoferləri  və “ara avtobusları” isə qiyməti əməlli-başlı bahalaşdırırlar. Çoxlarını isə hazırki durumda bir sual maraqlandırır: 

Bayram günləri xəttə əlavə avtobuslar buraxılacaqmı? 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizim.Media-nın sualına cavab olaraq bildirib ki, bayramla əlaqədar ən az 50-dən çox avtobus əlavə xətlər üzrə sərnişinlərin ixtiyarına verilir: 

“Rayonlara hər il bayram günlərində, tətil vaxtı avtovağzal ərazisindən hərəkət edən sərnişin daşıyan aftobuslarin sayı artırılıb. Yəni müxtəlif istiqamətlərdən təhlillər aparılır, həmin ərazilərdən sərnişinlər çox olursa, avtobuslar həmin istiqamətə yönləndirilir. Buna hər il Qurban bayramı və digər bayramlarda şahid oluruq”. 

Ekspert bildirir ki, bilet satışında operativlik artırılsa da, çoxluq səbəbilə gecikmələr yaransa da müştərilər bunu nəzərə almalıdır: 

“İnsanlar avtovağzala çatan kimi yola düşməyə alışıblar. Biraz ləngimə olan kimi başlayırlar, səslərini yüksəltməyə ki “niyə biz yolda qoydu”. Amma nəzərə almaq lazımdır ki, sərnişindaşıma xidməti tamam ayrı bir sahədir. Yəni, bu elə bir sahədir ki, kimsə avtovağzala çatan kimi avtobus tərpənə bilməz. Bu qrafiklə təyin olunur və mümkün qədər də intervalları tənzimləyirlər ki, hamı rahat gedə bilsin.  

Təsəvvür edin ki, bir nəfərin tez getməsi üçün ən azı 10 yer boş qalmalıdır. Bu da təbii ki, daşıyıcıya sərf etmir. O da istəyir ki, avtobus tam dolsun, bilet satılsın, o da pul qazansın, dövlət də qazansın. Yəni, hər kəsin fərdi qaydada istəyi əsasında da ayrıca avtobus ayırmaq mümkün deyil. Yəni real vəziyyəti hamımız bilirik. Ona görə bu Qurban bayramı ərəfəsində hər hansı bir problemin yaşanacağını düşünmürəm”. 
Elməddin Muradlı qanunsuz sərnişindaşıma ilə bağlı problemin böyük olduğunu diqqətə çatıdıb. O, əlavə edib ki, bu problemlə ciddi mübarizə aparmağa ehtiyac var.  

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO