"Bilirəm ki, cəmiyyət təhsildən narazıdır. Amma təhsil öz-özlüyündə mürəkkəb bir prosesidir".
Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev İnsan Resursları Zirvəsi “Gələcəyə qayıdış” devizi ilə keçirilən tədbirdə qeyd edib.
Nazir bildirib ki, təhsil prosesi mexaniki proses deyil, bu, çox ciddi psixoloji inkişaf prosesidir:
"Təhsilin sonda kamil insan yaratmaq məqsədi var. Bir insanın inkişafına ev,ailə, təhsil və makrogöstəricilər təsir edir. Təbii ki, insan öz mühitini seçmir və mövcud olduğu mühitdə inkişaf edir. Mühit inkişafı şərtləndirən əsas amildir.
Tədqiqat aləmində bunun ölçülə bilən meyarları var. İlk faktor erkən yaş inkişafıdır. Kimsə 6 ay ərzində böyük sayda İT mütəxəssisi yetişdirmək istəyir. Məktəbə hazırlığa gedən və getməyən uşaqlar arasında ciddi fərq olur. Bunu müəllimlər də deyir. Sadəcə bu sahədə tədqiqatlar apara bilmirik. Apardığımız tədqiqat nəticəsinə görə ailədə şam yeməyini bir yerdə edən və ya əksini edən ailələrin övladlarının oxu, riyaziyyat göstəricilərində fərq var”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:27 / 21.06.2023
"Bilirəm ki, cəmiyyət təhsildən narazıdır "- EMİN ƏMRULLAYEV
Hazırda oxunan: "Bilirəm ki, cəmiyyət təhsildən narazıdır "- EMİN ƏMRULLAYEV
Hazırda oxunan: "Bilirəm ki, cəmiyyət təhsildən narazıdır "- EMİN ƏMRULLAYEV
142522
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.