Qavi

Qavi "Barselona"nın əsas komandasının futbolçusu kimi qeydiyyatdan keçdi

Hazırda oxunan: Qavi "Barselona"nın əsas komandasının futbolçusu kimi qeydiyyatdan keçdi

142461

İspaniyalı yarımmüdafiəçi Qavi La Liqada "Barselona"nın əsas komandasının oyunçusu kimi qeydiyyatdan keçib. 

Bizim.Media xəbər verir ki, bu barədə insader Fabrizio Romano məlumat yayıb.  

Qavi komandada 6-cı nömrəli formanı geyinəcək. O, daha əvvəl 30 nömrəli forma ilə çıxış edirdi.  

Qavinin yeni müqaviləsi 2026-cı ilin iyun ayına kimi imzalanıb. Sözləşmədəki təzminat məbləği 1 milyard avrodur. 

2023-cü ilin əvvəlində La Liqa "Barselona"nın Qavi ilə yeni müqaviləsini qeydiyyata almaqdan imtina etmişdi. Buna səbəb klubun maaş limitini aşmasıır. Lakin sonra məhkəmə "Barseloona"nın lazım olan bütün tələblərə cavab verdiyini təsdiqləyib.  
Qavi 29 avqust 2021-ci ildə "Barselona"nın əsas heyətində debüt edib. 18 yaşlı yarımmüdafiəçi kataloniyalılarla birlikdə 2022/2023 mövsümündə İspaniya çempionu və İspaniya Superkubokunun sahibi olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO