“Bu il ipoteka kreditləşməsində 28 faiz yumşalma olub” – MƏRKƏZİ BANK 

“Bu il ipoteka kreditləşməsində 28 faiz yumşalma olub” – MƏRKƏZİ BANK 

Hazırda oxunan: “Bu il ipoteka kreditləşməsində 28 faiz yumşalma olub” – MƏRKƏZİ BANK 

142164

2023-cü ilin I rübündə İpoteka və Kredit Zəmanəti Fondu (İKZF) vəsaiti və bankların daxili resursları hesabına verilən ipoteka standartları üzrə yumşalma tempində səngimə müşahidə edilib.  

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri” ilə bağlı yaydığı rüblük hesabatda açıqlanıb.  

Belə ki, İKZF hesabına verilən ipoteka kreditlərinə tələb əhəmiyyətli dərəcədə artsa da, bankların daxili resursları hesabına verilən ipoteka kreditlərinə tələbdə dəyişiklik olmayıb.  
Hesabata əsasən, cari rübdə ipoteka kreditləşməsi üzrə standartlarda cəmi 4 faiz dəyişiklik baş verib. Daxili kreditləşmədə isə heç bir dəyişiklik olmayıb.  

Cari ilin II rübü üzrə nəzərdə tutulan gözləntilər 16 faiz səviyyəsindədir ki, bunun 8 faizi daxili, digər 8 faizi isə İKZF üzrə ipoteka kreditləri üzrədir.  

Bu ilin kredit tələbində isə 24 faizlik dəyişiklik baş verib ki, bunun da hamısı İKZF üzrə olub. II rüb üzrə isə 26 faizlik gözlənti var ki, bunun 20 faizi İKSF, 6 faizi isə daxili kreditləşmə üçündür.  

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO