Nisə Qasımova insult keçirdiyini etiraf etdi:

Nisə Qasımova insult keçirdiyini etiraf etdi: "Danışığımı, səsimi itirmişdim" - VİDEO

Hazırda oxunan: Nisə Qasımova insult keçirdiyini etiraf etdi: "Danışığımı, səsimi itirmişdim" - VİDEO

142022

"İnsult mənə Allahın lütfü idi. Çox başqa şeylər ola bilərdi. Amma ən yüngülü oldu. Bu müddətdə insana lazım olan bir çox şeyi öyrəndim. İnanmırdım ki, sağalaram. Çünki dilim, danışığım, səsim yox dərəcəsində idi".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova sosial şəbəkə hesabında paylaşdığı videoda deyib.

69 yaşlı sənətkar bildirib ki, xəstəlik səbəbi ilə uzun zaman danışmaqda çətinlik çəkib:

"Bu gün sevincimin həddi-hüdudu yoxdur. Mən heç danışa bilmirdim. Qəm-qüssə bürümüşdü. İçimdə bir inam var idi, o da itmişdi. Həkimim isə məni inamlandırdı. Ondan əvvəlki həkimlər isə demişdi ki, sən oxumaya bilərsən. Xəstəlikdən əvvəl mənim mahnılarım var idi".

Qeyd edək ki, aylar əvvəl Bizim.Media-nın əməkdaşı məsələ ilə bağlı Nisə Qasımova ilə əlaqə saxlamışdı. Sənətkar açıqlamasında insult keçirməsini gizlədərək, özünü yaxşı hiss etdiyini bildirmişdi.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO