Azərbaycanda yük daşımalarının həcmində KƏSKİN ARTIM 

Azərbaycanda yük daşımalarının həcmində KƏSKİN ARTIM 

Hazırda oxunan: Azərbaycanda yük daşımalarının həcmində KƏSKİN ARTIM 

141757

2023-cü ilin yanvar-may aylarında Azərbaycandan xaricə və əksinə ümumilikdə 26 milyon 207 329.32 min ton yük daşınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yanvar-may aylarını əhatə edən hesabatında əks olunub.  

Hesabata əsasən, ötən ilin müvafiq dövründə bu həcm 23 milyon 361 min 145.07 ton olub. Bu da onu göstərir ki, bir il ərzində daşınan yüklərdə 2 milyon 846 min 184,25 ton və ya 10,86 faiz artım baş verib.   
Cari ildə daşınan yüklərin 20 milyon 892 min 693.13 tonu ixrac məhsulları,  yerdə qalan 5 milyon 314 min 636.19 tonu isə idxal məhsullarına aid olub.  

İxrac olunan məhsulların 30 min 484,56 tonu dəniz, 1 327 557.27 tonu dəmir yolu, 772 min 668, 33 tonu avtomobil, 38 min 079,05 tonu isə hava nəqliyyatı vasitəsilə daşınıb. Yerdə qalan 942 min 655.25 ton stasionar nəqletmə, 22 316.25 tonu isə özü hərəkət edən vasitələrlə ixrac olunub. Poçt göndərişi ilə ixrac olunan məhsulların ümumi çəkisi isə cəmi 137,36 ton olub.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO