Niderland səfirindən Ermənistana daha bir DƏSTƏK

Niderland səfirindən Ermənistana daha bir DƏSTƏK

Hazırda oxunan: Niderland səfirindən Ermənistana daha bir DƏSTƏK

14171

Niderland Azərbaycanda saxlanılan bütün erməniləri hərbi əsir hesab edir. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.

Mənbə yazır ki, bunu Niderlandın Ermənistandakı səfiri Niko Sxermers “Armenpress”ə verdiyi müsahibəsində bildirib.

“Azərbaycanda saxlanılan bütün ermənilər Niderland tərəfindən hərbi əsir kimi tanınır.

Niderland Dağlıq Qarabağ münaqişəsinin həllində çox kiçik rol oynayır, Brüssel və ya ATƏT-in Minsk Qrupu vasitəsi ilə səy göstərir”. Sxermers belə deyib.

O, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həll yolunun tapılacağına ümidvar olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan bütün əsirləri Ermənistana qaytarıb və ölkədə yalnız erməni terrorçuları qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO