“Azərbaycan və Ermənistan arasında regional kommunikasiyaların açılmasına dair danışıqlarda müəyyən irəliləyişlər var”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Qərb Ermənistanın ikili oynamağına niyə GÖZ YUMUR? – SƏBƏBLƏR
Ermənistan XİN başçısı bildirib ki, hələlik yekun nəticə yoxdur və bu səbəbdən də müzakirələrin təfərrüatlarını açıqlaya bilmir.
Mirzoyan qeyd edib ki, hökumət iki ölkə arasında kommunikasiyaların, xüsusən də “Erməni kəsişməsi” konsepsiyası çərçivəsində açılmasında maraqlıdır.
Bizim.Media