Qubanın ucqar dağ kəndi Dərkdə şəhid atasının evi yanıb.
Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, yanğın Birinci Qarabağ Müharibəsində 2 oğlunu şəhid vermiş Mahir Məhərrəmovun 3 otaqlı fərdi yaşayış evində baş verib.
Nəticədə ailə üzvlərindən 4 nəfər xəsarət alıb. Hadisə yerinə FHN-nin Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi gəlib. Alovun qarşısı alınıb.
Şəhid atasına dəyən ziyan dəqiqləşdirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu