Nurlan ağladı: “Atamdan sonra əmim Ramiz Əzizbəylinin itkisi bizə dağ çəkdi” - VİDEO

Nurlan ağladı: “Atamdan sonra əmim Ramiz Əzizbəylinin itkisi bizə dağ çəkdi” - VİDEO

Hazırda oxunan: Nurlan ağladı: “Atamdan sonra əmim Ramiz Əzizbəylinin itkisi bizə dağ çəkdi” - VİDEO

141155

“Əmim Ramiz Əzizbəyli haqda danışmaq mənim üçün çox çətindir (ağlayır). Çünki əmi insana ata əvəzi olur. Atamın yoxluğu ilə tam barışmamış illər sonra Ramiz əmimin itkisi bizə dağ çəkdi. Atam dünyasını dəyişəndə fikirləşirdim ki, əmim var, yəni arxa-dayağım var. Amma arxa-dayağı da itirdik”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nurlan Əzizbəyli qonaq olduğu “O üz” verilişində danışıb. 

Əmisi, Xalq artisti Ramiz Əzizbəylinin ölümü ilə barışa bilmədiyini söyləyən sənətçi bildirib ki, sənətkar nəvəsinin doğum günündə uzun sürən ağır xəstəlikdən vəfat edib: 

“Ölümündən əvvəl Ramiz əmim 9 gün xəstəxanada qalırdı. Onunla heç birimiz görüşə bilmirdik. Tez-tez onun səhhəti ilə maraqlanırdıq. Amma vəziyyətinin ağır olduğunu söyləyirdilər.

Dünyasını dəyişdiyi gün, yəni doqquz iyunda, hamımız onun nəvəsinin ilk ad günü məclisinə getməyə hazırlaşırdıq. Həmin gün isə Ramiz əmimin ölüm xəbərini aldıq. Çox böyük sarsıntı keçirdik. Hələ də onun yoxluğu ilə barışa bilmirik. Elə bilirik ki, hansısa qastrol səfərindədir. Gedib, qayıdacaq”. 

Qeyd edək ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkib. Onun bir ayağındakı barmaqları amputasiya edilmişdi.

Sənətkar Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilmişdi. Onun infarkt keçirdiyi də açıqlanmışdı. Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Aktyor Qurd qapısı qəbiristanlığında dəfn edilib. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO