Fatih Terimin Bakıdakı seminarı təxirə salındı

Fatih Terimin Bakıdakı seminarı təxirə salındı

Hazırda oxunan: Fatih Terimin Bakıdakı seminarı təxirə salındı

140512

"Qalatasaray"ın futbol komandası ilə 8 dəfə Türkiyə çempionu olmuş, UEFA Kubokunu qazanmış Fatih Terimin iyunun 17-də Bakıda keçirəcəyi seminar təxirə salınıb.  

Bizim.Media xəbər verir ki, bu barədə onu seminara dəvət edən şirkət məlumat yayıb.  

Həmin şirkət "İmperator"un Bakıya səfərinin sentyabrda olacağını, seminarın dəqiq tarixinin tezliklə açıqlanacağını bildirib. Bu isə bilet alan azarkeşlərin narazılığına səbəb olub.  

Şirkətdən biletləri qaytara biləcəkləri ilə bağlı şərh də yazılıb.  

Sözügedən qurumdan saytımıza verilən açıqlamada vaxt dəyişikliyinin onlardan qaynaqlanmadığı, bunun Fatih Terimin işləri ilə bağlı olduğu bildirilib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO