Naxçıvan üçün TARİXİ İMKAN – Muxtar Respublika ilə Türkiyəni bu xətlər YAXINLAŞDIRACAQ

Naxçıvan üçün TARİXİ İMKAN – Muxtar Respublika ilə Türkiyəni bu xətlər YAXINLAŞDIRACAQ

Hazırda oxunan: Naxçıvan üçün TARİXİ İMKAN – Muxtar Respublika ilə Türkiyəni bu xətlər YAXINLAŞDIRACAQ

140439

Prezident İlham Əliyevin ötən həftə imzaladığı Sərəncamla təsqiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda, Naxçıvan-Türkiyə yüksəkgərginlikli elektrik xətlərinin çəkilməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan professor Elşad Məmmədov bildirib ki, Azərbaycanın Naxçıvan MR ilə Türkiyə arasında enerji mübadiləsini təşkil etməsi nəinki iki ölkənin, hətta regionun iqtisadi əməkdaşlıq imkanlarına böyük təkan verəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvana ekoloji təhdid: Ermənistan Naxçıvanla sərhəddə zavod tikmək istəyir - VİDEO


Bu gün enerji sektorunun Azərbaycan dövlətinin əsas sütunu olduğunu deyən müsahibimizin sözlərinə görə, bu sektorun inkişafı, onun fasiləsizliyi və dayanıqlılığı təmin olunmadan iqtisadi dayanıqlılığın əldə edilməsi qeyri-mümkündür:

“Onu da nəzərə alaq ki, bir sıra hallarda bəzi qonşu dövlətlərlə enerji mübadiləsinin reallaşdırılması iqtisadi cəhətdən daha məqsədəuyğundur. Türkiyə Azərbaycan arasında enerji razılaşmaları və və çatdırılması baxımından böyük irəliləyiş əldə olunub.

Bu baxımdan da elektrik enerjisinin lazımi qaydada istər Naxçıvandan Türkiyəyə, yaxud da əks iqtiqamətdə təmin edilməsi həm MR-nın sosial-iqtisadi inkişafı, sənayeləşməsi baxımından müsbət addımdır”. 

Müsahibimiz qeyd edib ki, bu gün Türkiyənin MR ilə həmsərhəd bölgələrində enerji təminatı və balansı ilə bağlı problemlər var: 

“Bunların həll oluması üçün bu xəttin istifadəyə verilməsinin rolu böyük olacaq. Bütövlükdə isə bölgədə enerji mübadiləsinin effektiv şəkildə reallaşdırılmasına şərait yaradacaq. Bölgədə kommunikasiya xətlərinin açılması ilə yanaşı, enerji prosesində mübadilənin təmin edilməsi çox vacibdir”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO