Deputatdan maşınların utilizasiyası ilə bağlı qanuna ETİRAZ – “Dünyada 12 ildir, bizdə isə...”  

Deputatdan maşınların utilizasiyası ilə bağlı qanuna ETİRAZ – “Dünyada 12 ildir, bizdə isə...”  

Hazırda oxunan: Deputatdan maşınların utilizasiyası ilə bağlı qanuna ETİRAZ – “Dünyada 12 ildir, bizdə isə...”  

140407

“İşlənmə müddəti dörd ildən artıq olan avtomobillərin utilizasiyaya cəlb edilməsi praktiki olaraq idxal avtomobillərinin xərcini artıracaq. Buna görə də, ödəmə üsullarının konseptual olaraq təkmilləşdirilməsi və vauçerlə nağd ödəniş arasında əlaqənin formalaşdırılmasına ehtiyac var”.

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Kim öz maşınını könüllü “metalloma” gətirər?” – Köhnə avtomobillərin UTİLİZASİYASI 


O bildirib ki, Milli Məclisin son plenar iclasında avtomobillərin utilizasiyası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı da qeyd etdim ki, bir sıra region ölkələrinin və eləcə də Avropa İttifaqına üzv dövlətlərin təcrübəsini nəzərə alsaq bu sahədə ayrıca qanunun hazırlanması və qəbul olunması daha məqsədəuyğun olardı:

“Çünki istehsalat tullantılarının utilizasiyası ilə maşınların utilizasiyası fərqli prosesdir. Avropa ölkələrində belə ayrıca qanun var: Utilizasiya ilə bağlı 2 fərqli praktika var.

Bunlardan biri ABŞ, digəri Avropa İttifaqının praktikasıdır. Hər ikisində utilizasiya prosesi 12 ildir. Beynəlxalq praktikada utilizasiya müddəti 12 il götürülsə də, bizim layihədə bu, 4 il müəyyən edilir. Bunun əsaslandırılmasına ehtiyac var”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO