“Real”  Belingemin transferini AÇIQLADI - FOTO

“Real”  Belingemin transferini AÇIQLADI - FOTO

Hazırda oxunan: “Real”  Belingemin transferini AÇIQLADI - FOTO

140327

İspaniyanın "Real" klubu Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Cud Bellingemi transfer edib.  

Bizim.Media xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

20 yaşlı yarımmüdafiəçi "kral klubu" ilə 6 illik müqavilə imzalayacaq. Madridlilər İngiltərə millisinin üzvü üçün "Borussiya"ya 103 milyon avro təzminat ödəyəcək.  

Oyunçunun yeni komandasında illik məvacibi isə təqribən 10-12 milyon avro təşkil edəcək. Xatırladaq ki, Cud Bellingem ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində 31 oyuna 8 qol vurub və 5 məhsuldar ötürmə edib. 


Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO