Kibertəhlükəsizlik üzrə ekspert Zak Doffman xüsusi xəbərdarlıq edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o, “Forbes” jurnalı üçün yazdığı yazıda insanlara “SuperVPN” tətbiqinin smartfonlarından silmələrinə çağırıb.
MÖVZU İLƏ BAĞLI:
Diqqət! - Mobil nömrələr vasitəsilə bank kartlarından oğurluq edilir - FOTO
Onun sözlərinə görə, istifadəçilər tərəfindən 100 mln. dəfədən çox yüklənən bu tətbiq “ağıllı cihazlara” yüklənilsə də proqram əksinə işləyir.
Ümumiyyətlə, mütəxəssisin fikrincə pulsuz tətbiqlər çox təhlükəlidir. Bu bir fərd barədə istənilən məlumatları oğurlamağa şərait yaradır.
Bizim.Media