Türkiyə parlamenti toplandı - SƏDR SEÇİLİR - VİDEO

Türkiyə parlamenti toplandı - SƏDR SEÇİLİR - VİDEO

Hazırda oxunan: Türkiyə parlamenti toplandı - SƏDR SEÇİLİR - VİDEO

140244

Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyası Məclis sədrini müəyyən etmək üçün toplanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya "sondakika.com" saytında yer alıb.

Dövlət Baxçalının sədrliyi ilə keçirilən Baş Assambleyada 30-cu Məclis sədri seçiləcək. 
Seçki üç turda baş tutacaq və altı namizəd mübarizə aparacaq.

Gizli səsvermə yolu ilə keçiriləcək seçkinin birinci və ikinci turunda üzvlərin ümumi sayının üçdə ikisi, yəni 400 səs, üçüncü turda isə 301 səs tələb olunacaq. 

Üçüncü səsvermədə sadə səs çoxluğu əldə olunmazsa, bu bülletendə ən çox səs toplamış iki namizəd üçün dördüncü səsvermə keçiriləcək. Dördüncü səsvermədə ən çox səs toplayan üzv sədr seçiləcək.

TBMM sədri seçkilərində AK Partiyadan İstanbul Millət vəkili Numan Kurtulmuş, CHP-dən Ankara Millət vəkili Tekin Bingöl, Yaşıl Sol Partiyasından (YSP) Adana Millət vəkili Tülay Hatimoğulları Oruç, İYİ Partiyadan İstanbul Millət vəkili Mustafa Cihan Paçacı, DEVA Partiyasından İstanbul Millət vəkili Mustafa Yeneroğlu və Gələcək Partiyasından Antalya Millət vəkili Serap Yazıcı Özbudun yarışacaq.

Qeyd edək ki, Prezident Ərdoğanın təyin etdiyi yeni kabinet üzvləri and içib. Andiçmələrdən sonra Məclisin sədri seçiləcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO