Bəzi rayonlarda yağış yağıb, dolu düşüb.
Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 5-i saat 18:00-a olan məlumata əsasən, Daşkəsən, Göygöl, Goranboy, Tovuz, Gədəbəydə şimşək çaxıb, yağış yağıb.
Tovuz rayonunun Kirən məntəqəsində saat 14:55-15:07 radələrində diametri 20 mm, Goranboy rayonunun Börü, Buzluq və Erkeç kəndlərinə saat 16:40-16:45 radələrində 8-9 mm, Gədəbəy rayonunun Samanlıq kəndinə isə saat 17:10 radələrində dolu düşüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:32 / 05.06.2023
FAKTİKİ HAVA: Bölgələrdə yağış yağıb, dolu düşüb
Hazırda oxunan: FAKTİKİ HAVA: Bölgələrdə yağış yağıb, dolu düşüb
Hazırda oxunan: FAKTİKİ HAVA: Bölgələrdə yağış yağıb, dolu düşüb
139872
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.