SON DƏQİQƏ: İlkin Süleymanov 18 il azadlıqdan məhrum EDİLDİ - VİDEO

SON DƏQİQƏ: İlkin Süleymanov 18 il azadlıqdan məhrum EDİLDİ - VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ: İlkin Süleymanov 18 il azadlıqdan məhrum EDİLDİ - VİDEO

139746

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürüb cəsədini yandırmaqda ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması sona çatıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrlik etdiyi iclasda hökm oxunub. 

Hökmə əsasən İlkin Süleymanov ittiham olunduğu maddələrlə təqsirli bilinərək 18  il azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, cinayət hadisəsi 2020-ci ildə baş verib. 1973-cü il təvəllüdlü İlkin Süleymanov həmkəndlisi-10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə, cəsədini yandırmaqda ittiham olunur. 

İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb. 
Hökmün elan edilməsindən sonra İlkin Süleymanovun ailəsi buna etiraz edib və məhkəmə zalında gərginlik yaşanıb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO