Daha iki taekvondoçumuz dünya çempionatında mübarizəni dayandırdı

Daha iki taekvondoçumuz dünya çempionatında mübarizəni dayandırdı

Hazırda oxunan: Daha iki taekvondoçumuz dünya çempionatında mübarizəni dayandırdı

138693

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, bu gün milli komandamızın daha iki üzvü mübarizəyə qoşulub.

Yarışa ikinci mərhələdən başlayan 58 kq-dakı təmsilçimiz Qaşım Maqomedov Çin idmançısı Kay Çenqlə qarşılaşıb. Hər iki hissədə rəqibinə məğlub olan taekvondoçumuz mundialla elə ilk görüşdən vidalaşıb.

Qadınların yarışında iştirak edən təcrübəli idmançımız Fəridə Əzizova da dünya çempionatında uğursuzluqla üzləşib. 67 kq-da mübarizə aparan həmyerlimiz ikinci mərhələdə ABŞ təmsilçisi Kristina Tiçota uduzub – 2-9.
Qeyd edək ki, dünya çempionatının ilk günündə millimizin digər üzvü Cavad Ağayev də mübarizəni medalsız başa vurmuşdu.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO