ATXƏM sədri: “Sinan Oğan 10 milyonluq azərbaycanlının baxışı ilə bu addımı atdı

ATXƏM sədri: “Sinan Oğan 10 milyonluq azərbaycanlının baxışı ilə bu addımı atdı" — VİDEO 

Hazırda oxunan: ATXƏM sədri: “Sinan Oğan 10 milyonluq azərbaycanlının baxışı ilə bu addımı atdı" — VİDEO 

137793

"Türkiyə seçicisi çox oyanıqdır və bugünədək sırf demokratik proseslərlə inkişaf edib. Bu baxımdan qardaş Türkiyədə seçiciləri aldatmaq mümkün deyil. Hansısa çıxışlar edə bilərsən, amma sağlam bir təbəqə var ki, onlar "millət, dövlət" deyə kökləniblər".    

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov “LAF TV”-nin efirində çıxışı zamanı bildirib. 

O deyib ki, Sinan Oğan cəmiyyətdə böyük nüfuz qazanmış şəxsdir: 

"Onun etdiyi bütün analizlər öz dəqiqliyi ilə seçilir. Hətta, yadımdadır ki, "Ərəb inqilabı" dövründə verdiyi proqnozların hər biri dəqiqliklə hesablanmış şərhlər idi.  

Türkiyə cəmiyyəti Sinan Oğanı çox güclü strateq kimi tanıyır. Eyni zamanda, o,  rus və ingilis dillərini çox yaxşı bilir. Yəni, o,  yetişmiş bir siyasətçidir. Onun addımı qınayanların çoxu ilə razı deyiləm. Çünki Sinan Oğan 10 milyonluq azərbaycanlının baxışı ilə bu addımı atdı". 
İlham İsmayılovun həmin çıxışının tam videosunu təqdim edirik: 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO