AFFA prezidenti Naxçıvana getdi

AFFA prezidenti Naxçıvana getdi

Hazırda oxunan: AFFA prezidenti Naxçıvana getdi

137402

Mayın 23-də Naxçıvanda futbol üzrə I Divizionun qaliblərinin mükafatlandırma mərasimi keçiriliəcək.  

Bizim.Media xəbər verir ki, Premyer Liqada iştirak etmək üçün lisenziya alan iki klubun muxtar respublikadakı qarşılaşmasından sonra “Araz-Naxçıvan” medallarına qovuşacaq.  

“Zaqatala” ilə matçı izləmək, daha sonra medalları təqdim etmək üçün AFFA rəhbərliyi böyük heyətlə Naxçıvana gedir. İndiyədək Divizionun qaliblərinə mükafatlar Peşəkar Futbol Liqasının müxtəlif rəsmiləri səviyyəsində təqdim olunurdusa, bu dəfə həmyerlilərini təbrik etməyə AFFA prezidenti Rövnəq Abdullayev özü də gedir. 

Səfər yalnız mükafatlandırma mərasimi ilə bağlı deyil. Klubun maliyyələşdirilməsinin təmin edilməsi üçün bir sıra görüşlərin keçirilməsi də planlaşdırılır. Təfərrüatlar sabah bəlli olacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO