Çin hakimiyyəti Xirosimada keçirilən “Böyük Yeddilik” ölkələrinin (G7) sammitində Çinlə bağlı qəbul edilən kommunike müddəalarını həqiqətəuyğun hesab etmir.
Bizim.Media xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Çin hakimiyyəti bununla bağlı etirazını bildirib və G7 sammitinə ev sahibliyi edən Yaponiyaya etiraz məktubu göndərib.
Pekin bildirib ki, G7 ölkələri Çini narahat edən mövzulara məhəl qoymur və ölkənin daxili, o cümlədən Tayvanla bağlı işlərinə qarışır.
G7 ölkələrinin liderləri Çinlə sabit münasibətlər istədiklərini, onu beynəlxalq məsələlərdə əməkdaşlığa çağırdıqlarını və bu ölkənin inkişafına qarşı çıxmaq niyyətində olmadıqlarını bildiriblər.
Eyni zamanda, G7 Çinin “qeyri-bazar təcrübələri” ilə mübarizə aparmaq niyyətini açıqlayıb, Şərqi Çin və Cənubi Çin dənizlərindəki vəziyyətdən ciddi narahatlığını bildirib. G7 liderləri Pekinin Cənubi Çin dənizində “genişləndirici dəniz tələbləri” üçün heç bir hüquqi əsasa malik olmadığını qeyd ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:00 / 21.05.2023
Pekin G7-nin Çinlə bağlı danışıqlarına ETİRAZ ETDİ
Hazırda oxunan: Pekin G7-nin Çinlə bağlı danışıqlarına ETİRAZ ETDİ
Hazırda oxunan: Pekin G7-nin Çinlə bağlı danışıqlarına ETİRAZ ETDİ
137089
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.