Çinin Milli Kosmos Administrasiyası "Tianwen-1" zondunun çəkdiyi Mars planetinin 3 yüksəkölçülü şəkilini yayıb.
Bizim.Media xəbər verir ki, "Tianwen-1" zondu Mars planetinin 2 panxromatik ağ-qara fotosunu planetin səthindən 330-350 kilometr yüksəklikdən çəkib.
MÖVZU İLƏ BAĞLI:
Marsa qarşı “yeddi dəqiqəlik terror” - İlk səslər qeydə alındı - VİDEO
Çinin Marsın tədqiqi missiyasının nümayəndəsi Liu Toncie bildirib ki, həmin fotolarda Qırmızı planetin bəzi diqqətəlayiq coğrafi xüsusiyyətləri əks olunub.
"Şəkillərdə Marsın relyefindəki kiçik kraterlər, dağ silsilələri aydın görünür", - deyən çinli mütəxəssis əlavə edib ki, şəkillərdən birində diametri təxminən 620 metr olan krater əks olunub.
Marsın şimal bölgəsində çəkilən rəngli fotoda isə 5 min kilometr məsafədə böyük ərazi görünür.
Qeyd edək ki, Çinin ilk Mars missiyası olan "Tianwen-1" zondunun qırmızı planetə göndərilməsi ötən ilin iyulunda uğurla baş tutub.
Bizim.Media