Gürcüstanın paytaxtı Tbilisidə Rusiya ilə birbaşa uçuşların bərpasına qarşı etiraz aksiyası keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video görüntülər yayılıb.
Bildirilib ki, etirazçılar şəhərin Rustaveli prospektini bağlayıblar. Onlar ölkə rəhbərliyindən tezliklə Tbilisi ilə Moskva arasında birbaşa uçuşların qadağan edilməsini tələb edirlər.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 10-da imzaladığı fərmanla 2019-cu ilin iyun ayından qüvvədə olan Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına qoyulan qadağanı ləğv edib.
Bizim.Media