“Aparılan təbliğat erkən nikahlara qarşı effektiv deyil” – Vəkillər Kollegiyasının sədri 

“Aparılan təbliğat erkən nikahlara qarşı effektiv deyil” – Vəkillər Kollegiyasının sədri 

Hazırda oxunan: “Aparılan təbliğat erkən nikahlara qarşı effektiv deyil” – Vəkillər Kollegiyasının sədri 

136803

“Bu istiqamətdə aparılan mübarizəyə baxmayaraq ölkəmizdə hələ də erkən nikahlara rast gəlirik və bu hal davam etməkdədir”.  

Bizim.Media xəbər verir, bunu Vəkillər Kollegiyasının Rəyasət heyətinin sədri Anar Bağırov "Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

İşğaldan azad edilən 3 bölgədə ailə mərkəzi AÇILACAQ  


Anar Bağırov vurğulayıb ki, erkən nikahlar günümüzdə hələ də aktuallığını qoruyan məsələlərdəndir: 

"Qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atır, boşanma hallarını artırır. Təcrübə göstərir ki, aparılan maarifləndirmə və təbliğat işləri, müxtlif tədbirlər hələ tam effektiv deyil".  

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO