Şabranda quduzluq yayılıb? – RƏSMİ AÇIQLAMA - FOTO

Şabranda quduzluq yayılıb? – RƏSMİ AÇIQLAMA - FOTO

Hazırda oxunan: Şabranda quduzluq yayılıb? – RƏSMİ AÇIQLAMA - FOTO

136424

Bir müddət əvvəl Şabranın Dağlıq Qorğan kəndində sakinin 28 baş xırda buynuzlu heyvanına çaqqal hücum edib. Vəhşi heyvanla ünsiyyətdə olan 4 nəfər hazırda quduzluq əleyhinə aparılan mübarizə tədbirlərinə cəlb edilib. 

Bu barədə Bizim.Media-ya Şabran Baytarlıq İdarəsinin rəisi Nizaməddin Əliyev məlumat verib.

O bildirib ki, vəhşi heyvanlar 28 baş qoyundan 7-ni boğub öldürüb. 

Xəsarət alan qoyunlara quduzluq əleyhinə vaksin vurulub, ölən heyvanlar isə quyularda basdırılıb. Çaqqalların hücumundan kənd sakinləri panikaya düşüb.

Xəstəxanaya müraciət edənlərdən 4-nə vaksin vurularaq nəzarət altına alınıb.

Məsələ xüsusi nəzarətə götürülüb. 



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO