Elm və təhsil naziri  bəzi məktəblərdə tibbi kabinetlərin olmamasının səbəblərini AÇIQLADI 

Elm və təhsil naziri  bəzi məktəblərdə tibbi kabinetlərin olmamasının səbəblərini AÇIQLADI 

Hazırda oxunan: Elm və təhsil naziri  bəzi məktəblərdə tibbi kabinetlərin olmamasının səbəblərini AÇIQLADI 

136367

Elm və təhsil naziri Emin Əmrullayev bəzi ümumtəhsil müəssisələrində tibbi kabinetlərin olmaması ilə bağlı məlumatlara münasibət bildirib. 

Bizim.Media xəbər verir ki,nazir bu barədə keçirdiyi brifinqdə məlumat verib. 

Hər məktəbdə tibbi kabinetin olmadığını söyləyən nazir bildirib ki, təzə inşa edilən təhsil müəssisələrində bu kimi problem mövcud deyil. 

E.Əmrullayev bununla yanaşı qəzalı məktəblərdə mövcud problemlərin fərqli olduğunu xatırladıb. O həmçinin məktəblərdə tibbi kabinetlərin təşkilinin Elm və Təhsil Nazirliyinin səlahiyyətində olmadığını vurğulayıb. 
Nazir bu məsələdə işlərin Səhiyyə Nazirliyi və TƏBİB-lə əməkdaşlıq çərçivəsində görüldüyünü qeyd edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO