“Müharibə başlayandan bu günədək 20 min ukraynalı uşaq Rusiyaya zorla deportasiya edilib. Bu cinayət sənədləşdirilib və beynəlxalq cinayət məhkəməsi cinayətkarların həbsinə order verib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında bildirib.
“Azərbaycana müraciət edirəm ki, Rusiyaya aparılmış ukraynalı uşaqların ölkəmizə qaytarılmasına kömək etsin”, - deyə Ali Radanın sədr müavini vurğulayıb.
Bizim.Media