Rusiyanın Ukraynaya atdığı 18 raketin hamısı MƏHV EDİLDİ 

Rusiyanın Ukraynaya atdığı 18 raketin hamısı MƏHV EDİLDİ 

Hazırda oxunan: Rusiyanın Ukraynaya atdığı 18 raketin hamısı MƏHV EDİLDİ 

136205

Rusiya Ukraynaya 18 ədəd müxtəlif tipli raketlə hücum edib, amma həmin raketlərin hamısı məhv edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Donanması İdarəsinin komandanı Nikolay Oleşuk bildirib. 

Onun sözlərinə görə, mayın 16-da yerli vaxtla təxminən saat 03.30-da Rusiyanın 6 “MiQ-31K” təyyarəsindən 6 ədəd “Kinjal” “X-47M2”, Qara dənizdən gəmidən 9 ədəd “Kalibr”, yerüstü bazalardan birindən isə 3 “İskender-M” tipli raketlər atıb. 
O qeyd edib ki, Rusiya bunlarla yanaşı 6 “Shahed-136/131”, 3 “Orlan-10” və “SuperCam” PUA-lar vasitəsi ilə hücuma edib və kəşfiyyat xarakterli əməliyyat keçirib. 

Komandan raketlərin və PUA-ların hamısının məhv edildiyini vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO