Astarada elektrik stansiyasını su basdı – FOTO/VİDEO  

Astarada elektrik stansiyasını su basdı – FOTO/VİDEO  

Hazırda oxunan: Astarada elektrik stansiyasını su basdı – FOTO/VİDEO  

136113

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən Astara Modul tipli Elektrik Stansiyasının ərazisinin bir hissəsinin intensiv yağışlar səbəbindən subasmaya məruz qalması barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub. 

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir. 
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO