“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibləri məlum oldu - SİYAHI

“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibləri məlum oldu - SİYAHI

Hazırda oxunan: “Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibləri məlum oldu - SİYAHI

136049

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün qalibi olan "Qarabağ" Çempionlar Liqasında mübarizə aparacaq.

Bizim.Media xəbər verir ki, "atlılar" yarışa I təsnifat mərhələsindən başlayacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin potensial rəqiblərindən 9-u artıq məlumdur.

I təsnifatda səpələnmişlər səbətində yer alacaq "Qarabağ"ın ilk raunddakı rəqibləri nisbətən zəif komandalar olacaq.

Bunlar “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa), “Haken” (İsveç), “Valmiyera” (Latviya), “Larn” (Şimali İrlandiya), “Hamrun” (Malta), “Svift Esperanj” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya) və ilkin mərhələnin qalibi olacaq komandadır.
I təsnifat mərhələsinin püşkü iyunda atılacaq, oyunlar isə iyulda keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO