“Əhalinin yarısı artıq koronavirusa yoluxub, karantinə ehtiyac yoxdur”

“Əhalinin yarısı artıq koronavirusa yoluxub, karantinə ehtiyac yoxdur”

Hazırda oxunan: “Əhalinin yarısı artıq koronavirusa yoluxub, karantinə ehtiyac yoxdur”

13602

“Azərbaycanda indiyədək nə qədər insan COVİD-19-dan həyatını itirib və nə qədəri ona yoluxub? Hesablayaq. İspaniya dövlət agentliyinin araşdırması deyir ki, Azərbaycanda yoluxanların 0.273 faizi öləcək. ABŞ dövlət agentliyinin araşdırması deyir ki, Azərbaycanda yoluxanların 0.313 faizi öləcək. İngiltərənin hesablaması 0.474, faizi göstərir”

Bizim.Media xəbər verir ki, bu göstəriciləri Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov feysbuk səhifəsində paylaşıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Metro açılmayacaq, toylara da icazə verilməyəcək”


2015-2019-cu illərin ölüm statistikasına diqqət çəkən partiya sədri, Azərbaycanda  bu dövrdə bütün səbəblərdən orta hesabla ildə 56 min adam öldüyünü vurğulayıb.

İlqar Məmmədov 2020-ci ildə bu rəqəmin 75,5 min təşkil etdiyini qeyd edib. Bildirib ki, onlardan 3 mini şəhidlərimizdir:

Qalan 16,5 mini – səbəbi açıqlanmayan və heç vaxt baş verməyən miqyasda “artıqlama”dır.

Əvvəlki illərin ± prinsipini götürərək güzəştə gedib fərz edək ki, 1500 nəfər hansısa demoqrafik və digər “normal” səbəblərdən ölənlərdir.

Qalır 15000 normadan artıq ölüm. Bunların səbəbi nə idi? Məncə karantin. Amma hökumət deyəcək ki, bunları məhz koronovirus öldürüb. Yaxşı. Tutalım elə koronovirus. Onda hansı nəticəyə gəlirirk?

1. Koronovirus 15 min nəfər “normadan artıq” adam öldürübsə, ən azı bir neçə min “norma” daxilində də adam öldürüb. Məsələn, 3 min. 15 min +3 min =18 min.

2. Beləliklə, yuxarıdakı faizlərə söykənərək, koronavirusa yoluxanların sayını da hesablamaq mümkün olur:

- İspaniya dövlət agentliyinin araşdırmasını əsas götürsək, Azərbaycanda ötən il 6,6 milyon insan yoluxub (18000*100/0,273=6,6 milyon)

- ABŞ dövlət agentliyinin araşdırmasını əsas götürsək, Azərbaycanda ötən il 5,8 milyon insan yoluxub  (18000*100/0,313=5,8 milyon)

- İngiltərə yarı-dövlət qurumunun araşdırmaçılarının nəticələrini əsas götürsək, Azərbaycanda ötən il 3,8 milyon insan yoluxub  (18000*100/0,474=3,8 milyon)

- ABŞ-İngiltərə araşdırmaçıları qrupunun nəticələrini əsas götürsək, Azərbaycanda ötən il 3,5 milyon insan yoluxub (18000*100/0,515=3,5 milyon)

Yekun: rəsmi dövlət göstəricilərinə əsasən, əhalinin yuxarı-aşağı yarısı artıq bu virusa yoluxub. Heç bir karantin tədbirlərinə ehtiyac yoxdur - onlar ancaq zərər verir və öldürücüdür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO