Dünyanın on ən zəngin iş adamı 1 gündə 17 milyard dollardan artıq vəsait itiriblər.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu, koronavirusun yenidən kütləvi yayılması fonunda fond birjalarındakı həyəcanla bağlı olub.
Dünyanın ən zəngin adamı Cef Bezosun sərvəti bazar ertəsi daha 144 milyon dollar artaraq 188,7 milyarda çatsa da, onun “onluq”dakı həmkarları ciddi itki ilə üzləşib.
Fransız biznesmen Bernar Arno 1,7 milyard dollar, Bill Geyts 1,7, Mark Zukerberq 2,8 , İlon Mask 66 və Uorren Baffet isə 1,6 milyard dollar vəsait itirib.
Bizim.Media