Naxçıvanda kitab bayramı: Müasirlərin əsərlərindən ibarət “I Naxçıvan Kitab Sərgisi” keçirilir - FOTO

Naxçıvanda kitab bayramı: Müasirlərin əsərlərindən ibarət “I Naxçıvan Kitab Sərgisi” keçirilir - FOTO

Hazırda oxunan: Naxçıvanda kitab bayramı: Müasirlərin əsərlərindən ibarət “I Naxçıvan Kitab Sərgisi” keçirilir - FOTO

135815

Xəbər verdiyimiz kimi, 13-14 may tarixlərində Naxçıvanda “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), “Naxçıvan” Universiteti və “Hədəf” Şirkətlər Qrupunun təşkilatçılığı, eləcə də “Sirab” ASC-nin baş sponsorluğu, “Hədəf” kurslarının sponsorluğu ilə Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ANAİB I Naxçıvan Kitab Sərgisi keçirilir.

Bizim.Media xəbər verir ki, sərgidə tanınmış qələm adamları və incəsənət nümayəndələri ilə görüş keçirilir.

Bu gün sərgi çərçivəsində məşhur yazıçılar Varis, Zahid Xəlilin imza mərasimləri baş tutub. 

Sabah isə yazıçı Elxan Elatlının və şair Rüstəm Behrudinin imza mərasimləri keçiriləcək.   Eyni zamanda E.Elatlı yeni romanı olan “Belçika ovçarka”sını oxucularına təqdim edəcək.

Bundan başqa kitab bayramında təlimçi Orxan Şahbaz “Naxçıvanlılar nə oxuyur?”, təhsil texnoloqu Şəmil Sadiq “Çevrənin hissələri – müəllim, şagird və valideyn”, Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov “Təhsil tələbə krediti nədir?”, dilçi alim Rafiq İsmayılov “Oxuyub anlama – təhsildə metabacarıq kimi”, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və professor Qulu Məhərrəmli “Azərbaycan jurnalistikası dünəndən bu günə” mövzuları ilə çıxış ediblər. 

Qonaqlar arasında qiraətçi Xəzər Süleymanlı yer alıb.

Sərgi çərçivəsində ssenari müəllifi Arif Əliyev, prodüseri Tahir Tahiroviç olan “Əsgərlər unudulanda ölürlər” filminin təqdimatı da nəzərdə tutulur.

Qeyd edək ki, “Naxçıvan” Universitetinin həyətində baş tutan sərgi saat 10:00-dan 20:00-a qədər davam edəcək.





















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO