TANAP xəttinin genişləndirilməsi ilə bağlı işlər aparılır – RƏSMİ  

TANAP xəttinin genişləndirilməsi ilə bağlı işlər aparılır – RƏSMİ  

Hazırda oxunan: TANAP xəttinin genişləndirilməsi ilə bağlı işlər aparılır – RƏSMİ  

135631

Türkiyə tərəfindən qaz təsərrüfatının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər Trans-Anadolu kəməri (TANAP) üçün genişləndirmə imkanları yaradacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə “SOCAR Türkiyə’’nin Baş direktorunun vəzifəsini müvəqqəti icra edən Elçin İbadov İzmirdə təşkil olunan mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, Türkiyədə qaz resurslarının axtarışı, mayeləşdirilmiş təbii qaz stansiyalarının tikintisi və qaz xətlərinin qurulması istiqamətində məqsədyönlü iş artıq 7 ildir gedir və davam etdirilir. 
"Biz Türkiyənin bu istiqamətdəki potensialına inanırıq. Bu bizə imkan verəcək ki, TANAP-dan daha səmərəli istifadə edək", - Elçin İbadov qeyd edib. 

Onun sözlərinə görə, hazırda TANAP xəttinin genişləndirilməsi ilə bağlı müvafiq işlər aparılır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO