Azərbaycanda qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmində ARTIM 

Azərbaycanda qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmində ARTIM 

Hazırda oxunan: Azərbaycanda qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmində ARTIM 

135441

Cari ilin yanvar-aprel aylarında əsas kapitala 4 milyard 580,0 milyon manat məbləğində vəsait yönəldilib. 

Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı hesabata istinadən xəbər verir ki, bu vəsait 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,1 faiz çoxdur. 

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 25,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18,5 faiz artıb.  

İstifadə olunmuş vəsaitin 2 milyard 620,2 milyon manatı və ya 57,2 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 702,5 milyon manatı (37,2 faizi) xidmət sahələrinə, 257,3 milyon manatı (5,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.  

Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 344,0 milyon manatını və ya 73,0 faizini daxili vəsaitlər təşkil edib. Bu vəsaitlərin 3 milyard 252,0 milyon manatı və ya 71,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 47,1 faiz, büdcə vəsaitləri 36,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, bank kreditləri 3,7 faiz, sair vəsaitlər isə 5,7 faiz təşkil edib. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO