Marafonda 3-cü yeri tutan ukraynalı: “Bakı tamaşaçıları çox fəaldır”

Marafonda 3-cü yeri tutan ukraynalı: “Bakı tamaşaçıları çox fəaldır”

Hazırda oxunan: Marafonda 3-cü yeri tutan ukraynalı: “Bakı tamaşaçıları çox fəaldır”

134792

“Mən hər il Bakı Marafonunda iştirak edirəm. Bu dəfə, həmişə olduğu kimi, yarımarafon əla keçdi. Hava tərəfdən çox şanslı idik. Bakı çox xoşuma gəlir. Tamaşaçılar çox fəaldır, mənə göstərilən böyük dəstəyi hiss etdim. Ümidvaram ki, gələn il də yarışda iştirak edəcəyəm”.

Bizim.Media bu barədə AZƏRTAC–a “Bakı Marafonu-2023”də üçüncü yeri tutan ukraynalı Valentina Poltavska bildirib.

“Mən Polşa, Koreya, Amerika və digər yerlərdə keçirilən müxtəlif beynəlxalq marafonların qalibi olmuşam. Əlli iki yaşım var və bir həftə sonra səylə hazırlaşdığım 72-ci marafonda iştirak edəcəyəm”, - deyə V. Poltavska vurğulayıb.

2016-cı ildən keçirilən Bakı Marafonu idmanın inkişafına dəstək və sağlam həyat tərzinin təbliği məqsədi daşıyır. Kişilər arasında “Küləyə qalib gəl” şüarı altında keçirilən indiki yarışın qalibi ukraynalı Boqdan Simonoviç olub. İkinci yeri gürcüstanlı Davidi Karataşvili, üçüncü yeri isə türkiyəli Çoban Arkan tutub.
Qadınlar arasında ukraynalı Natalya Simonoviç qalib gəlib. Türkiyəli Hasibe Dəmir finiş xəttinə ikinci gəlib, digər ukraynalı Valentina Poltavska üçüncü yeri tutub. 21 kilometrlik məsafəni əhatə edən yarım marafonun start və finişi Dövlət Bayrağı Meydanında yerləşib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO