Azərbaycanda Turizm Reyestri istifadəyə verildi

Azərbaycanda Turizm Reyestri istifadəyə verildi

Hazırda oxunan: Azərbaycanda Turizm Reyestri istifadəyə verildi

134455

Mayın 5-də Azərbaycanda Turizm İnformasiya Sistemi (Turizm Reyestri) istifadəyə verilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi reyestrin ictimai təqdimatını keçirib. 

Turizm İnformasiya Sistemi turizm sahəsi üzrə ölkənin vahid dövlət informasiya sistemi olmaqla “dövlət-biznes” və “biznes-biznes” platformasıdır.

Sistem daxilində Turizm Reyestri və xüsusi keyfiyyət proqramı aparılır, məlumat anbarı yaradılır və elektron xidmətlərin göstərilməsi nəzərdə tutulur. 

Turizm Reyestri turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, həmin məlumatların monitorinqi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılır. 
Sistemin əsas məqsədi turizm sektorunun rəqabət qabiliyyətlilik səviyyəsinin artırılması, dəqiq və etibarlı məlumatların ötürülməsi, ölkə ərazisində təqdim edilən turizm xidmətlərinin keyfiyyətinin təşviqi, biznes subyektlərinin brendinq prosesinin və korporativ inkişafının dəstəklənməsidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO