Aİ-nin enerji məsələləri üzrə komissarı Azərbaycanı “ümumAvropa qaz təchizatçısı” adlandırıb

Aİ-nin enerji məsələləri üzrə komissarı Azərbaycanı “ümumAvropa qaz təchizatçısı” adlandırıb

Hazırda oxunan: Aİ-nin enerji məsələləri üzrə komissarı Azərbaycanı “ümumAvropa qaz təchizatçısı” adlandırıb

134200

“Uzun illər bundan əvvəl “Azərbaycanın nefti yoxdur” “Azərbaycanın qazı yoxdur” deyirlər. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Simson Azərbaycanı “ümumAvropa qaz təchizatçısı” adlandırıb. Bu, doğrudur”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında qeyd edib. 

Dövlətimizin başçısı deyib:

“Bu yaxınlarda mən söylədim ki, biz maksimum bir neçə ilə 10 ölkəni, o cümlədən 8 Avropa ölkəsini qazla təchiz edəcəyik. Beləliklə, bu, onu göstərir ki, bizim layihələri təkcə kommersiya nöqteyi-nəzərindən deyil, həm də strateji nöqteyi-nəzərdən planlaşdırmağa ehtiyacımız var. Bu kompleksi davam etdirməyə ehtiyacımız var”. 

Ölkə başçısı enerji təhlükəsizliyi məsələsinə də toxunub:

“Enerji təhlükəsizliyinə gəlincə, biz həmişə planlarımızı gələcəyi nəzərə alaraq tənzimləmişik, çünki mənim atamın baxışı belə olub”. 

İlham Əliyev deyib:

“Bakı-Tbilisi-Ceyhanın tutumu 50 milyon tondur. Bu, heç vaxt belə olmayıb. Bizim “Şahdəniz”də kondensatımız var. Ümidvaram ki, bu il “Abşeron”dan və bir çox başqa yataqlardan kondensat hasil edəcəyik. Beləliklə, kəmərdə hətta bizim gözlədiyimizdən daha çox kondensat olacaq. Gün gələcək Bakı-Tbilisi-Ceyhan Azərbaycandan olan neft və kondensat, həmçinin Mərkəzi Asiyadan neft sayəsində tam gücü ilə işləyəcək”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO