Ukrayna ordusu əks-hücum üçün 8 briqada yaradıb

Ukrayna ordusu əks-hücum üçün 8 briqada yaradıb

Hazırda oxunan: Ukrayna ordusu əks-hücum üçün 8 briqada yaradıb

133955

 Ukraynanın daxili işlər naziri İqor Klimenko Rusiya ordusuna qarşı əks-hücum üçün 8 briqada yaradıldığını bildirib. 

Bizim.Media xəbər verir ki, o bu barədə “İnterfaks-Ukraina” agentliyinə müsahibəsində məlumat verib. 

Klimenko Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxarmaq məqsədilə hazırlıq getdiyini, əks-hücum əməliyyatları üçün yeni briqadalar təşkil olunduğunu söyləyib: 

"Biz əlavə komandalar yaratmağı planlaşdırırq, çünki buna tələbat var və imkanlarımız yetərincədir". 

Onun sözlərinə görə, yeni briqadalar 2-3 həftəlik təlim keçəcək, onların vəzifəsi əks-hücum zamanı müdafiə qüvvələri ilə birlikdə hərəkət etməkdir. 

İqor Klimenko qeyd edib ki, döyüş tapşırığı verildikdən sonra briqadalar müdafiə qüvvələrinin komandanlığı altına keçəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO